SOCAR-ın Odessadakı terminallarına hücuma Zelenskidən reaksiya

15:23 18.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Volodimir Zelenski SOCAR-ın Ukraynanın Odessa şəhərində yerləşən neft anbarının dağıdılmasına münasibət bildirib.

Hafta.az xəbər verir ki, Ukrayna lideri bu barədə öz "Telegram" kanalında yazıb.

"Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə Rusiya tərəfindən qəsdən hücum olub. Bu, bizim münasibətlərimizə, enerji müstəqilliyimizə zərbədir", - V.Zelenski qeyd edib.